Şəhid ailələrinin, müharibə əlillərinin sosial-iqtisadi rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas tərkib hissələrindən biridir.
Quba rayonunda şəhid ailələrinə, müharibə əlillərinə daim diqqət və qayğı göstərilir, onların problemlərinin həll olunması, məşğulluqlarının təmin edilməsi daima diqqətdə saxlanılır. Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Quba rayon şöbəsinin nəznində, rayonun Küçeyi kəndində fəaliyyət göstərən taxta qutu sexi şəhid ailələrinin və qazilərin işlə təmin olunmalarına, onların məşğulluğunun təmin edilməsinə öz töhfələrini verməkdə davam edir. Hal hazırda Quba rayonu ərazisində yaşayan 10 nəfər şəhid ailəsi üzvü və Vətən müharibəsi qazisi işlə təmin olunub. Tərlan Zeynalov deyir ki, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, canlarından keçmiş qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur. Sahibkar Tərlan Zeynalov sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün onlara yaradılan şəraitə, şəhid ailələri və qazilər isə onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.