“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə YAP idarə heyətinin
üzvü, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstutunun şöbə müdiri, professor Tofiq Cahangirovun konsultasiyası ilə şəhid ailələri və qazilər üçün Quba Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinə aksiyası keçirilib. Qeyd edək ki, Müayinələrə rəngli doppler exokardiografiya, Ultra Səs Müayinəsi, EXQ, labarator müayinələr, endokrinoloq və nevropotoloq konsultasiyaları daxil olub. Aksiyaya başlamamışdan əvvəl qonaqlar və rayon rəsmiləri Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında Ümumilli Liderin abidəsini və Quba rayon Şəhidlər Xiyabanını ziyarət ediblər.
{youtube}hw-GM1J9FE4{/youtube}