ŞƏHİD ÜMİD HƏSƏNOVUN ANIM MƏRASİMİ KEÇİRİLDİ

Quba rayon İsnovqışlaq kəndində 12-14 sentyabr 2022-ci il tarixlərdə düşmən təxribatının qarşısının alınması zamanı şəhid olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənov Ümid İlqar oğlunun anım mərasimi keçirilib. Mərasimdə Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər. Mərasim iştirakçıları əvvəlcə kənd qəbirstanlığında şəhid Ümüd Həsənovun məzarını ziyarət etmiş, daha sonra isə il mərasimində iştirak etmişlər. Qeyd edək ki, Şəhidliyindən sonra Ümüd Həsənov “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub. Sonda Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər.