ŞƏHİD ÜMİD HƏSƏNOVUN ANASI ZİYARƏT OLUNUB
Baxış sayı: 519
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev 2022-ci ilin 12- sentyabrından 14 sentyabrınadək düşmən təxribatının qarşısının alınması zamanı şəhid olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənov Ümid İlqar oğlunun anası Həsənova Məxfurə Ağakərim qızını İsnovqışlaq kəndindəki evində ziyarət etmiş, onun qayğıları ilə maraqlanmış, şəhidin anası və yaxın qohumları ilə növbəti yas mərasimlərinin təşkili, şəhidin məzar daşının qoyulması və digər məsələlərlə bağlı məsləhətləşmələr aparmışdır. Görüş zamanı şəhidimizin anası və yaxın qohumları ilk gündən etibarən ailəyə göstərilən yüksək diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevə və ailəyə qayğılarını əsirgəməyən hər bir kəsə təşəkkürlərini bildirmişlər.