Üztanıma funksiyalı eynəklərin sınaqları keçirilir. Eynəklərin sınaqları bu ilin payızında yekunlaşacaq və bundan sonra onların kütləvi istehsalına başlanacaq.
Qeyd olunur ki, üztanıma funksiyalı eynəklərin təcrübə mərhələsində istismarını Moskva şəhərinin İnformasiya texnologiyaları departamenti həyata keçirəcək. Yeni texnoloji ixtiranın özəlliyi ondan ibarətdir ki, eynəklərin vasitəsilə cinayətdə şübhəli bilinən və ya digər səbəblərdən axtarılan şəxsi ən sıx insan kütləsinin arasında da müəyyən etmək mümkün olacaq. Belə ki, eynəyin linzasında olan cihaz həmin şəxsin məlumatlarını operativ şəkildə təhlil edərək mərkəzə ötürəcək. Şirkətin mütəxəssislərinin sözlərinə görə, yaxınlıqdakı mobil cihazların siqnallarının yaratdığı maneələrlə bağlı son detallar, habelə batareyaların fəaliyyəti təkmilləşdirilir.
Üztanıma funksiyalı eynəklərin Rusiyanın iri şəhərlərinin polis orqanlarında istifadə olunacağı bildirilir. Layihənin müəllifləri bildiriblər ki, qanun keşikçiləri onların köməyi ilə cinayətkarı hər hansı qələbəlikdə aşkar edə bilərlər, çünki bu eynəklər maksimum 1 saniyə ərzində bir neçə milyard fotoşəkil olan bazadan həmin şəxsi axtarıb tapacaq.