“Vətən uğrunda Tavuş” revanşist hərəkatının lideri, keşiş Baqrat Qalstanyan bu gün Azərbaycanla sərhədə gəlir. İyunun 4-də İrəvandakı Surb Anna kilsəsinin həyətində “Vətən uğrunda
Tavuş” hərəkatının lideri, keşiş Baqrat Qalstanyan Sabah tərəfdaralarımızla Vardenis rayonuna, yəni Göyçə mahalına gedəcəyik - deyib. “Saat 18.00-da Zod kəndində mitinqimiz var” - deyə Qalstanyan əlavə edib. Keşiş yaxın vaxtlarda Zəngəzur bölgəsində də gedəcəklərini deyib, amma dəqiq tarix açıqlamayıb. Bu barədə bilgi Ermənistan "Telegram" kanallarında yayılıb.
Qeyd edək ki, Baqrat Qalstanyanın mitinq keçirmək istədiyi Zod kəndi Azərbaycanın Kəlbəcər rayonu ilə sərhəddə yerləşir.