ÜST-DƏN XƏBƏRDARLIQ : KORONAVİRUSUN YENİ ŞTAMI YAYILIR
Baxış sayı: 490
Koronavirusun mutasiyaya uğramış yeni forması yayılır. Bunu Ümumdünya Səhiyyə Təşkilatının eksperti Mariya Vankerhove bildirib. Onun sözlərinə görə Amikronun yeni ştamı pandemiyanın növbəti dalğasına səbəbə ola bilər. Yeni ştam artıq 29 ölkədə aşkarlanıb. Biz onun artım tempindən narahatıq. Xüsusilə də Avropanın bəzi hissələrində və ABŞ-ın şimal – şərqində yeni ştam, digər dövriyyədə olan art variantları əvəz edib- deyə o bildirib. Mariya Vankerhove qeyd edib ki, hazırda ÜST yeni ştamı təhlil edir və yekun nəticə ictimaiyyətə açıqlanacaq. Onu da qeyd edək ki, koronavirusun ocağı olan Çində sözügedən virusa yoluxanların sayı qəflətən artmağa başlayıb. Bu səbəbdən də xəstəxanalar və ölkə üzrə krimatoriyalar tam dolub. Paytaxt Pekin və Şanxay şəhərində yerləşən krimatoriyalarda 24 saat ərzində Covid-19 – dan dünyasını dəyişənlərin cəsədləri yandırılır.