ÜMUMMİLLİ LİDERİN 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB

Qubada Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin (MAKA) Ekologiya İnstitutu və Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Respublikasının kənd təsərrüfatında İnnovativ yollarla inkişafı və ekoloji problemlər” mövsuzunda elmi konfrans keçirilib. Konfransda ölkəmizdə fəaliyyət göstərən müxtəlif elmi təhdiqat instutlarının əməkdaşları iştirak edib. Konfransda öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevi tərənnüm edən videoçarx təqdim edilib. Konfransda Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Ekologiya İnstitutunun direktoru Bəhram Əliyev və Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı çıxış edib. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin ölkəmizdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sisteminin qurulması və inkişafında müstəsna xidmətlərindən danışıblar. Konfransda “İqlim dəyişmələri və kənd təsərrüfatında innovativ həllərə əsaslanan texnologiyalar” və “Kənd təsərrüfatında sudan səmərəli və dayanıqlı istifadə üçün innovativ həllər” mövzularında panel müzakirələri keçirilib. Panel müzakirələrində iştirak edən konfrans iştirakçıları “Hava Çirklənməsinin Biomonitorinqi”, “Bitki toxuma kulturası texnologiyasında nanomaterialların tətbiqi”, “Nanotexnologiyanın mikroelektronikada tətbiqi”, “Müxtəlif nanohissəciklərin meyvə ağaclarının məhsuldarlığına təsiri” və digər bu kimi mövzularda çıxışlar ediblər. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.