ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 101-Cİ İLDÖNÜMÜ QUBADA QEYD OLUNUB

Müstəqil və müasir Azərbaycan Respublikasının memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Quba şəhəri Heydər

Əliyev adına Mədəniyyət və İstirahət parkında Ulu Öndərin abidəsi Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, rayon Ağsaqqallar Şurasının sədri və şuranın üzvləri, RİH yanında İctimai Şuranın sədri və üzvləri, şəhid ailələri və qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin digər bir qrup nümayəndəsi, yerli və xarici qonaqlar tərəfindən ziyarət edilmiş, Ulu Öndərə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzülmüşdür.

Qeyd edək ki, Ümummilli Liderin abidəsinin rayon ictimaiyyəti tərəfindən ziyarəti gün ərzində davam edib.

Quba Rayon İcra Hakimiyyətinin, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin və Quba Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Quba şəhərində “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı beynəlxalq folklor rəqs və yaradıcılıq festivalı keçirilib . Festivalda Quba Rayon İcra Hakimiyyətinin başçısı, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri və kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbərliyi və təhsil işçiləri, şəhid ailələri və qazilər, rayonun idarə, müəssisə, təşkilatlarının rəhbərləri və kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri, gənclər və tələbələr iştirak edib.

Tədbir respublikamızın ayrı-ayrı rayonlarının və rayonumuzun Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin hazırladıqları sərgilərə tanışlıqla başlayıb. Sonra Türkiyə, Qazaxıstan, Qırğız Respublikası, həmçinin respublikamızın ayrı-ayrı rayonlarının və rayonumuzun Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin rəqs kollektivlərinin paradı nümaiş olunub.

Daha sonra Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında yerləşən “Yaşıl teatr”da qeyd olunan rəqs kollektivlərinin rəngarəng rəqs nömrələrinin nümayişi ilə konsert proqramı olub. Tədbir atəşfəşanlıqla başa çatmışdır.