ÖZBƏKİSTANIN XİVƏ ŞƏHƏRİNDƏ ŞAİRLƏR ŞÖLƏNİ KEÇİRİLİB
Baxış sayı: 1142
TÜRKSOYun təşkilatçılığı, TİKA və Özbəkistanın Xarəzm vilayəti İcra Hakimiyyətinin dəstəyi ilə Böyük türk şairi Yunus Əmrənin vəfatının 700 iliyinə həsr edilmiş Şairlər şöləni keçirilib. Tədbirə Özbəkistanla yanaşı, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və bir sıra türk topluluqlarının şairləri və ədəbiyyatşünasları qatılıb. Sözügedən şöləndə Azərbaycanı Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı və Dünya Gənc Türk Yazarlar Birliyinin başqan yardımçısı, "Ulduz" jurnalının şöbə redaktoru, şair Taleh Mansur təmsil edib.