ÖZBƏKİSTANIN MÜSTƏQİLLİK GÜNÜ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ
Baxış sayı: 452
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın müstəqilliyinin 31-ci ildönümü münasibəti ilə bayram tədbiri keçirilib.
Şənliyə gələnlər əvvəl foyedə yaradılan "İstiqlalının 31-ci ildönümü mübarək əziz Özbəkistan" adlı kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, yerli azərbaycanlılar, Özbəkistanın mədəniyyət xadimləri, ziyalılar, ali məktəblərin müəllimləri iştirak ediblər.
Salona toplaşanları Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov salamlayıb, onları bu bayram münasibəti ilə təbrik edib. Direktor Özbəkistanın müstəqillik əldə etdiyi illərdəki uğurlarından danışıb.
Sonra Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Əməkdar artist Kaykep Aliyeva adına Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi, Bakıdan gələn gənc müğənni Mehdi Həsənov, həmçinin Rəna Əzizova, Yusif Əliyev, Timur Rəhmanov və Davron Kadırov Azərbaycan və Özbək mahnılarını ifa ediblər.