ÖZBƏK ABİTURİYENT EYNİ VAXTDA 18 ALİ MƏKTƏBƏ QƏBUL OLUNUB

Özbək abituriyent Jaxangir Muxammadkarimov eyni vaxtda 18 ali məktəbə qəbul olunub və ölkə tarixində özünəməxsus rekorda imza atıb. O, daha bir universitetdən cavab gözləyir.

Jaxangir Muxammadkarimovun ali məktəblərə qəbul olunduğu ölkələr sırasında Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Koreya Respublikası, Rusiya və digər ölkələrin adı var. O isə İ.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin Daşkənddəki filialını seçib.

Xatırladaq ki, 2018-ci ildə bir özbək abituriyent dünyanın 14 ali məktəbinə qəbul olunmuşdu.

 Onu da qeyd edək ki, Azərbaycanlı abituriyenlər arasında da ölkədən kənarda fəailiyyət göstərən bir neçə ali məktəblərdən eyni vaxtda dəvət alan gənclər olub. Buna səbəb gənclərin beynəlxalq fənn olimpiadalarında fəal iştirak edərək yüksək nəticələr göstərmələridir. Beynəlxalq olimpiadalarda iştirak etmək dünyanın müxtəlif ölkələrində təhsil almaq imkanı qazandırır ki, bu da Azərbaycanda təhsilin yüksək olduğunu bir daha sübut etmiş olur.