Beyini inkişaf etdirən vastitələrdən biri də kub oyunudur.Böyük səbr tələb edən bu oyun onu qurmağı bacarmayanlar tərəfindən əsəb kubu da adlandırılır.Qəhrəmanımız isə bu oyunun heçdə belə olmadığını əksinə olduqca zövqlü olduğunu əyani olaraq göstərir.
Bəziləri gördüyünüz bu kubikin üzərində saatlarla vaxt sərf edir, bəziləri isə bir neçə saniyə ərzində həll edib masanın üzərinə qoyur.Quba rayonu Zərdabi qəsəbəsində yaşayan 12 yaşlı Yusif Əliyev kimi.onun üçün saniyələr içində bu kubun tərəflərini fırladaraq eyni rəngli kvadratlara çevirməsi heç də çətin deyil .11 yaşından kub oyununa maraq göstərən Yusif Əliyev bu sahə ilə az müddət məşğul olmasına baxmayaraq ,o, ən sürətli şəkildə bu kubiki yığmaqla dünya üzrə əldə olunan rekordlara yaxınlaşmaq üzrədir.Xüsusi istedadı ilə yaşıdlarına meydan oxuyan Yusif bacarığını yalnız eyni formalı kubun üzərində formalaşdırmır,həmçinin həll edilməsi olduqca çətin olan müxtəlif formalı kubları da müəyyən vaxt ərzində hazır forma halına gətirməyi bacarır.Yusifin atası Elman Əliyev övladında inkişaf edən bu bacarığı 1 il öncə aşkarladığını və övladının bu işdə daha da təkmilləşməsi üçün təşkil olanan yarışlarda iştirak edəcəyini vurğuladı.Maraqlı olan məqamlardan biridə odur ki, Yusif eyni anda həm söhbət edə həmçinində kubları hazır forma halına gətirə bilir.Gündəlik olaraq 3-4 saatını bu oyunu oynamaqla keçirən Yusif eyni zamanda dərslərini də çox yaxşı oxuyur.Vurğulayaq ki,Yusifin bacarıqları bununlada bitmir.12 yaşlı qəhrəmanımız skripkada da çox gözəl mahnılar ifa edir.