ÖLKƏMİZİN RƏSMİ TURİZM NÜMAYƏNDƏLİKLƏRİ DAHA HANSI ÖLKƏLƏRDƏ AÇILACAQ?

Azərbaycan turizm nümayəndəliklərinin sayını artırmağı qərara alıb.Bu barədə Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib.Bəs görəsən ölkəmizin rəsmi turizm nümayəndəlikləri daha hansı ölkələrdə açılacaq?

Bu il Azərbaycanın rəsmi turizm nümayəndəlikləri daha 4 ölkədə açılacağı gözlənilir.Bu barədə məlumat Azərbaycan Dövlət Turizm Agentliyindən verilib.Agentlikdən bildiriblər ki, ölkələr sırasına Yaponiya, Cənubi Koreya, Ukraynada və Qazaxıstan daxildir.Hazırda 6 ölkədə Azərbaycanın turizm nümayəndəlikləri və bir ölkədə ziyarətçi mərkəzi fəaliyyət göstərir. Bu il ərzində həmçinin yeni turizm məhsullarının yaradılması ilə bağlı işlər davam etdiriləcək. Bundan başqa, ekoturizmlə bağlı layihələrin genişləndirilməsi də nəzərdə tutulur", - deyə Agentlikdən qeyd ediblər.Əlavə olaraq bildirilib ki, iş adamlarına daha sərfəli şərait yaratmaq məqsədi ilə cari ildə də investisiyaların təşviqi, kreditləşmə, vergi güzəştlərin tətbiqi ilə bağlı məsələlərin aidiyyəti qurumlarla müzakirələri davam etdiriləcək.