ÖLKƏMİZƏ GƏLƏN TURİSTLƏRİN SAYI ARTIB

Karantin qaydalarının bir qisminin ləğv olunması ilə ölkəmizə səyahət edən turistlərin sayı artıb. Onlar əsasən Hindistan, İran, Gürcüstan, Türkiyə və Rusiyadan gələnlərdir. Turist axınını nəzərə alan Dövlət Turizm Agentliyi təbliğat və marketinq işlərini gücləndirməyə qərar verib. Belə ki, bir sıra ölkələrlə aviareyslərin sayı artırılıb. Yay mövsümündə birbaşa uçuşların daha da artırılması planlaşdırılır. Bütün görülən tədbirlərdə əsas məqsəd davamlı inkişafı təmin etmək və pandemiyadan əvvəlki göstəriciləri bərpa etməkdir. Hədəf ölkələr sırasında isə Yaponiya, Çin və Cənubi Koreya durur. Xüsusən də azad edilən ərazilərimizin yüksək turizm potensialı bizə imkan verir ki, ölkəmizə gələn qonaqların, yenidən Azərbaycana dönməsini təmin edək. Ancaq bunun üçün əlbətdə ki, müəyyən zaman lazımdır. Ən azından biz bu məsələyə ərazilərimiz minalardan təmizləndikdən sonra qayıda bilərik.