ÖLKƏDƏ HEYVANDARLIĞIN İNKİŞAF SƏVİYYƏSİ ARTIB

Rayоn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin də davamlı inkişafı təmin оlunur.Bu il əvvəlki illərə nisbətən heyvandarlığın inkişaf səviyyəsi artıb.

Bu səbəbdən ət, süd, istehsalının həcmi də ötən dövrlərlə müqayisədə daha çox olub. Hazırda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir və sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvan satılması işi davam etdirilir Ötən illərdən fərqli olaraq bu sahədə müəyyən dəyişikliklər də var ki,bu da fermerlər üçün çox sərfəlidir.əgər əvvəllər güzəştli şərtlərlə verilən mal-qaranın 50 faizini dövlət ödüyürdüsə, indi i 60 faiz ödəniş dövlət hesabınadır. Onu da əlavə edək ki , cins heyvanların sağlamlıqları ciddi nəzarət altında saxlanılır , vaxtaşırı dəriləri dərmanlanır ,mütəmadi qan analizləri götürülür və bu günədək heç bir xəstəlik aşkar edilməyib.