ÇİNİN GÜNƏŞ ENERJİSİ İLƏ İŞLƏYƏN KOSMİK DRONU
Baxış sayı: 570
Çin günəş batareyaları ilə işləyən “Çiminsin-50” dronunu sınaqdan keçirib. Yerə yaxın kosmik fəzada uçuşlar üçün nəzərdə tutulna PUA-nın sınaqları uğurlu olub. Bu barədə bazar günü Çinin Aviasiya Sənayesi Korporasiyası məlumat verib. Birinci Aviasiya Quruculuğu İnstitutu tərəfindən hazırlanmış “Çiminsin-50” iri ölçülü iki gövdəli PUA-dır. O, ölkənin şimal-qərbindəki Yulin şəhəri yaxınlığından havaya qalxıb və 26 dəqiqəlik uçuşdan sonra uğurla eniş edib. Qeyd olunur ki, “Çiminsin-50” yaxın kosmosa uçuş üçün qoşa gövdəli plana malik ilk aşağı sürətli PUA, həmçinin Çinin Aviasiya Sənayesi Korporasiyası tərəfindən yaradılmış günəş batareyaları ilə tam işlək drondur.