ÇİN UÇAN AVTOMOBİLİNİ SINAQDAN KEÇİRDİ

Çinin elektrik avtomobil istehsalçısı “XPeng” uçan elektrik avtomobilinin prototipini nümayiş etdirib.Verilən bilgiyə görə, ikiyerli “XPeng Voyager X2” saatda 130 kilometrə qədər sürət yığa

və yerdən bir kilometr hündürlüyə qalxa bilir.Aviamobilin çəkisi 560 kiloqramdır, elektrik batareyası ilə işləyir və 35 dəqiqəyə qədər havada qala bilir. Qeyd edək ki, ABŞ-nin “Alef Aeronautics” şirkəti tam elektrik idman avtomobili hazırlayıb. Şirkət “Model A” üçün dünyada ilk olaraq uçuşa yararlılıq sertifikatıda  alıb. Aviamobilin şaquli qalxma və enmə imkanı sayəsində həm yerdə, həm də havada hərəkət edə bilir.