ÇARTƏPƏLİLƏR BULAĞA ŞƏHİDİN ADINI VERDİLƏR...

Qubanın Çartəpə kəndində torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan gizir Məmmədov Ürfan Çingiz oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə bulaq kompleksi istifadəyə verildi. Bulağın önündə Ürfan Məmmədovla yanaşı , Birinci Qarabağ müharibəsində şəhid olan Vətən övladlarının da, xatirə lövhəsi yer alıb. Açılışda , Quba Rayon İcra Hakimiyyətinin başçısı, YAP Quba rayon təşkilatının sədri , rayonun huquq- mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin nümayəndələri , şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi. Əvvəlcə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəyiqəlik sükutla yad edildi və dövlət himni səsləndi . Qeyd edək ki, Ürfan Məmmədov ölümündən sonra “ Vətən uğrunda” , “Cəsur Döyüşçü “ və ” Suqovuşanın azad olunmasına görə” medalları ilə, təltif olunub.