Yaşam öyüdləri, tanınan, toplumda öz işində başarı qazanan insanların öz uğur açarıları haqqında gənc nəsillərə söhbət açıdığı "Çöldə Yaşam Öyüdləri" verilişinin bu dəfəki qonağı Qubalı
şair, “Ay İşığı” ədəbi məclisinin sədri, vətənpərvərlik, yüksək insani dəyərlərdən bəhs edən şerləri ilə, həmçinin Azərbaycan bayrağına həsr etdiyi möhtəşəm şeri ilə böyük oxucu kütləsinin qəlbinə yol açan Ramiz Qusarçaylı olub.
Uşaqlıqda aldığı öyüdlərdən, qəlbindəki şairlik duyğularının hiss etdiklərindən danışan şair, uğura açılan qapının açarından bəhs edib.
Verilişin yaradıcı yönətməni Eltən Qədimbəylinin “Hər bir insanın şəxsiyyət kimi formalaşmasında içində yaşadığı insan həlqəsinin böyük rolu var. Ailədən sonra gələn ikinci yaxın insanlar isə dostlardır. Sizin dostlarınız kimlərdi? Və bu dostların həyatınızda oynadığı rol “olmasaydı yeri boş görünərdi” deyəcək qədər önəmli ola bilibmi?” sualına maraqlı cavab verən şair, yaşamında dostların yeri və rolundan bəhs edərək, dostluğa və dost seçiminə böyük önəm verdiyini vurğulayıb. Çölçü Obasında dost qəhvəsinə qonaq olan şair Milli kimliyin qorunub saxlanılması, uğura aparan yolda kitab oxumağın rolundan, eləcə də Çölün şairdə yaratdığı ovqatdan danışıb.
Onu da qeyd edək ki, çox tezliklə yaradıcı yönətmən Eltən Qədimbəylinin təqdimatında "Çöldə Yaşam Öyüdləri"ni izləyə biləcəksiniz