Bu dəfə də “Çöldə yaşam öyüdləri” verilişində Çölçü Obasında Eltən Törəçinin qonağı jurnalist, “Konflikt jurnalistikası məktəbi”nin qurucusu
Əlisəfa Mehdi idi. Uşaqlıqdan çölə, çölçülüyə bağlı olan Əlisəfa bəy, Çölçü Obasına addım atar-atmaz öz uşaqlıq xatirələrinə döndü, hansı öyüdlərlə yetişdiyini, onun yaşmını şəkilləndirən insanlardan və onlardan aldığı öyüdlərdən danışdı. Bir də öz uğur sirlərini verilişin izləyicilərinə açdı.