“Təcili tibbi yardım — həkimliyin ən ağır sınaq meydanıdır.” — Həkim-şair Cəfər Yəhyayev | Qonaq Otağı
Baxış sayı: 13
“Qonaq otağı” verilişinin bu dəfəki qonağı — həm həkim, həm də şair olan Cəfər Yəhyayevdir.
O, həyat yolundan, həkimlik missiyasından və poeziya ilə necə nəfəs aldığından danışdı.
Cəfər həkim deyir ki, özünü tanıyandan insanlara şəfa vermək istəyib. Həkimlik arzusuna qovuşduqdan sonra isə sağalan insanların sevincini şeirlərində yaşadıb. Uşaqlıqda təbiət mövzularında yazan Cəfər Yəhyayev bu gün “insan” və “yaşam” mövzularını qəlbinin mərkəzinə çevirib.
Buraxılışda o həm də təcili tibbi yardım həkimi olmağın məsuliyyət və çətinliklərindən danışdı:
“Təcili tibbi yardım — həkimliyin ən ağır sınaq meydanıdır.”
Bu buraxılış, həm bir həkimin ürəyinə, həm bir şairin dünyasına, həm də bir insanın həyat fəlsəfəsinə aparan səmimi və dərin bir söhbətdir.
🔔 Belə duyğulu hekayələr üçün Qafqaz TV-yə abunə olun.
