“Sən bu gün Vətən üçün nə etdin?” – Cüdo ustası Süleyman Əliyevdən ilhamverici hekayə | Qonaq Otağı
Baxış sayı: 17
Bu dəfə “Qonaq Otağı” verilişində qonağımız, Azərbaycanın cüdo idmanı üzrə idman ustası Süleyman Əliyevdir.
Onun yetirmələri dünyanın müxtəlif ölkələrində Azərbaycan bayrağını ucaldıb.
Süleyman müəllim hər gün tələbələrinə və özünə bu sualı verir:
👉 “Sən bu gün Vətən üçün nə etdin?”
O, sağlamlıq problemi olan uşaqlara dəstək verir və rəhbərlik etdiyi idman mərkəzində onlara təmannasız xidmət göstərir.
Yorulanda motivasiyasını isə öz müəllimlərindən alır. 💪🇦🇿
📺 Bu ilhamverici hekayəni qaçırmayın!