“QONAQ OTAĞI” –JURNALİST RAMİZ RAMAZANLI: “ÇƏTİNLİKLƏRİMİ HEÇ KİMƏ GÖSTƏRMİRƏM”

“Qonaq otağı”nın qonağı B. Səfəroğlu adına Quba Mədəniyyət Mərkəzinin direktoru, jurnalist Ramiz Ramazanlı idi. Uşaq yaşlarından özü-özüylə tək qalmağa üstünlük verən Ramiz Ramazanlı deyir ki, onun dostları özündən yaşca çox böyük insanlar olub. Hər çağ bədii yaradıcılığa üstünlük verməsi onun jurnalist kimi çalışmalarını daha baxımlı edib.