“QONAQ OTAĞI” - PEDAQOQ YAVUŞVA SİMANDUYEV: “ATAMIN YOLUNU DAVAM ETDİRDİM”

Ali təhsilli fizika-riyaziyyat müəllimi, pedaqoq Don Simanduyevin ailəsində dünyaya göz açan Yavuşva Simanduyev uşaq yaşlarından müxtəlif ixtisasalara maraq göstərsə də sonradan elə atasının yolunu davam etdirərək riyaziyyatçı olmaq qərarına gəlir. Yavuşva Simanduyevin ata sənətinə vurğunluğu illər sonra onun Şimal bölgəsində pedaqoq kimi tanınması və təhsil aldığı orta məktəbdə direktor vəzifəsinə qədər yüksəlməsi ilə sonuclandı. Amma bu vəzifəyə təyin olunmazdan öncə ata xeyir-duasını almağı da unutmadı. Öz yaşam yolundan “Qonaq otağı” verilişində danışan pedaqoq Yavuşva Simanduyev öz uğur hekayəsinin izləyicilərlə bölüşdü. Bəs bu uğurlu yaşam yolunda onu ən çox üzən nə olub?