“Danışır qazi” verilişində şabranlı qazi, xüsusi təyinatlı kəşfiyyatçı Rasim Muxtarov Şuşaya qədər olan döyüş yolundan, bu yolda terrorçular tərəfindən ordumuza qarşı qurulan pusqulardan və pusquları necə aşkarlamalarından danışdı. Amma 44 günlük Vətən Müharibəsində onun unutmadığı an yaralı döyüş dostunu xilas etdərkən özü də yaralanan, amma yaralı halda belə dostuna sarı sürünən və yolda şəhid olan döyüş dostu idi.