“Atamın sözləri həyatımı dəyişdi…” – Şair İbrahim Qürbətoğlu | Qonaq Otağı
Baxış sayı: 9
"Qonaq Otağı" verilişinin bu dəfəki qonağı — Azərbaycan Jurnalistlər Birliyinin və Yazıçılar Birliyinin üzvü, “Dahi” qəzetinin baş redaktoru, şair İbrahim Qürbətoğlu Ağçaylı oldu.
İbrahim bəy söhbət zamanı uşaqlıq illərindən, atasından aldığı ömürlük öyüdlərdən danışdı. Onun sözlərinə görə, atasının ən böyük nəsihəti belə idi:
“Həmişə ədalətli ol, ev yıxan deyil, ev quran ol.”
Anası ilə bağlı danışdığı xatirələr isə studiyada duyğulu anlar yaratdı. O qədər ki, həmin xatirələri bölüşərkən göz yaşlarını saxlaya bilmədi.
Verilişin ən təsirli məqamlarından biri isə onun insanlığa etdiyi mesaj oldu:
“İnsanları, insanlığı sevmək gərəkir. Çünki dünyanı gözəllik yox, sevgi qurtaracaq.”
Bu buraxılışda:
✨ Uşaqlıq xatirələri
✨ Atadan miras qalan öyüdlər
✨ Anaya bağlılığın gücü
✨ Dərin düşüncələr və ədəbi baxış
✨ Həyata sevgi ilə bağlanma mesajı
Videonu izləyərək şair İbrahim Qürbətoğlunun həyatına, hisslərinə və dünyagörüşünə daha yaxından şahid olacaqsınız.
