Xaçmazlı qazi kiçik çavuş, kəşfiyyat qrup komandiri Murad Arazov 44 günlük Vətən Müharibəsində Şuşaya qədər gedib, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda savaşan igid
vətən oğludur. Azərbacan Ordusunun böyük Zəfərindən sonra yaxınlarına zəng edən Murad öyrənir ki, hamı onun artıq şəhid olduğunu bilirmiş. Muradın Vətən Savaşında heç vaxt unutmayacq anları çoxdu, amma ən təsirlisi savaşda olanda anasının ona dediyi sözlərdir.