“Ailə karyeradan önəmlidir” — Aktyor Elman Rəfiyev | Birini Seç

“Birini seç” verilişinin bu dəfəki qonağı — şən, enerjili və səmimi çıxışları ilə tanınan aktyor Elman Rəfiyev oldu. Elman Rəfiyev suallara həm zarafatla, həm də dərin mənalı cavablarla yanaşdı. Buraxılışda ən çox yadda qalan fikirlərindən biri isə bu oldu: “Ailə qurmağı karyera qurmaqdan üstün tuturam. Çünki karyeranın uğuru üçün ailənin mənəvi dəstəyi vacibdir.” Bu söhbətdə aktyorun: ✨ həyatı necə dəyərləndirdiyini, ✨ qərarlarını nə ilə əsaslandırdığını, ✨ ailə və karyera arasında necə seçim etdiyini daha yaxından tanıyacaqsınız. “Birini seç” — insanları verdiyi kiçik seçimlərlə daha yaxşı göstərən verilişdir. Bu dəfə də çox səmimi və pozitiv bir buraxılış sizi gözləyir.