Öyrənmək oyuna bənzəsəydi... Oyna-Öyrən: Təhsilin Gələcəyi Budurmu? | Gələcək Bilik #7

Bugünkü “Gələcək Bilik” buraxılışında vacib bir sual qoyuruq: Öyrənmək də oyun kimi əyləncəli ola bilərmi? Dərslər məcburiyyət yox, maraqlı bir kəşfə çevrilsə necə olar? Əgər öyrənmək oyuna bənzəsəydi, bütün uşaqlar alim olmazdımı? 📌 Bu buraxılışda müzakirə edirik: – Öyrənmək prosesini necə daha əyləncəli və maraqlı etmək olar? – Gələcəyin müəllimləri – motivator, rejissor, yoxsa oyun aparıcısı? – Texnologiyalar, oyunlaşdırma və yaradıcı üsulların təhsildə rolu. – Ən yaxşı dünya təcrübələri və bizim üçün nə deməkdir? 🎓 Təhsil dəyişir. Bəs biz hazırıqmı?