YENİYETMƏLƏRİ UÇURUMA APARAN VƏRDİŞLƏR

Bütün dövrlərin ən aktual məsələlərindən olan sağlam həyat tərzi anlayışı son vaxtlar daha çox müzakirə olunan mövzulardandır.

Sağlam həyat tərzinin şərtlərindən biri də zərərli vərdişlərdən uzaq olmaqdır. Son vaxtlar dünyada yeniyetmə və gənclər arasında, təəssüf ki, zərərli vərdişlərə aludə halları, xüsusən məktəblilər arasında siqaretə, spirtli və energetik içkilərə, hətta narkotik vasitələrə meyillik günü-gündən artır. Zərərli vasitələrdən istifadə adətən, yeniyetməlik dövründən başlayır. Bu vasitələrin yeniyetmələrin həyatına daxil olmaması üçün ailə və məktəb birgə işləməlidir. Ekspertlərin fikrincə Ailədə ata siqaret çəkirsə, böyük ehtimalla övlad da böyüdükdə siqaret çəkəcək. Çünki uşaqlar adətən özünə yaxın olan adamlara oxşamaq istəyirlər. Belə olduqda isə uşaq valideyinlərinin siqaret çəkməsini doğru bilir və bunun zərərlərindən xəbərsiz halda onun istifadəsinə başlayir. Sonra valideyin istəsə belə övladı bu zərərli vərdişdən qurtula bilmir. Məktəblərin yaxınlığında müxtəlif energetik içkilərin və siqaretlərin satıldığı köşklərin yerləşməsi uşaqların sağlam inkişafına ciddi təhlükə yaradır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərc etdiyi hesabatlara görə, siqaret satışı köşklərinin məktəblərin yaxınlığında olması yeniyetmələrdə siqaret çəkməyə başlama riskini 64 faiz artırır.