Yaxşı maaşlı iş yerini kim tutacaq – robotlar, yoxsa biz? | Gələcək bilik #25

“Gələcək bilik” verilişinin 25-ci buraxılışında gələcəyin əmək bazarını müzakirə edirik. Dünənə qədər insanlar iş və karyera uğrunda yalnız başqa insanlarla rəqabət aparırdı. Sabah isə bu rəqabətə süni intellekt və robotlar da qoşulur. Bu yeni reallıqda əsas suallar ortaya çıxır: – Bugünkü təhsil sistemi bu gələcəyi nəzərə alırmı? – Məktəblər və universitetlər şagirdləri və tələbələri süni intellektlə rəqabətə hazırlaya bilirmi? – Hansı peşələr yox olacaq, hansılar qalacaq? – Gələcəyin əmək bazarında insanı güclü edən nə olacaq? Bu və daha çox sual “Gələcək bilik” verilişinin 25-ci buraxılışında müzakirə olunur. 📺 Hər həftənin 2-ci günü saat 11:00-da Qafqaz TV-nin efirində 📱 Eləcə də Qafqaz TV-nin YouTube kanalı və sosial şəbəkələrində izləyə bilərsiniz.