XOCALI: UNUDULMAZ TARİX, SUSMAYAN SÖZ
Baxış sayı: 71
“Sözümüzün canı” verilişini bu dəfə Xocalı faciəsinin ildönümünə həsr etdik. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə təkcə Azərbaycan tarixinin deyil, bütün bəşəriyyətin vicdanında dərin iz buraxan bir faciənin baş verdiyi gecədir. Və “Sözümüzün canı” verilişində bu soyqırım faciəsinin ağrılarını bir daha xatırladıq, onun tariximizdə və mədəniyyətimizdə buraxdığı izlərdən danışdıq.