UŞAQLIQDAN BAŞLAYAN TƏHLÜKƏLİ VƏRDİŞLƏR

Siqaret, alkoqol və digər zərərli vərdişlər yeniyetmələrin sağlamlığı üçün ciddi təhlükə yaradır.

Bu vərdişlər erkən yaşda başladıqda nikotin və alkoqol asılılığına, ürək-damar xəstəliklərinə, ağciyər problemlərinə və digər sağlamlıq risklərinə səbəb ola bilər. Bu gün dünyanın bir çox ölkəsində məktəblilərin siqaret və alkoqolun zərərləri barədə maarifləndirilməsinə xüsusi diqqət yetirilir. Bəzən uşaqların zərərli vərdişlərə meyil göstərməsində ailə mühiti və valideynlərin davranışı da mühüm rol oynayır. Valideyn siqaret çəkirsə, yaxud digər zərərli vərdişlərə sahibdirsə, bu, övladına da təsirsiz ötüşmür. Zərərli vərdişlərə qarşı tək-tək deyil, bütün ictimaiyyət olaraq əl-ələ verib birlikdə bu istiqamətdə çalışmalı, zərərli vərdişlərin yayılmasına qarşı mübarizə aparmalıyıq. Gələcəyimiz olan gənclərimizi bu amansız təhlükələrdən, nəyin bahasına olursa olsun, qorumalıyıq.