Uşaqları kim tərbiyə edir? Ailə, məktəb, ya TikTokdakı tanımadığımız adamlar? | Gələcək bilik #24
Baxış sayı: 10
Uşaqlarımızı kim tərbiyə edir? Ailə, məktəb, yoxsa sosial şəbəkələrdəki tanımadığımız adamlar?
“Gələcək bilik” verilişinin 24-cü buraxılışında çox vacib bir mövzunu müzakirə edirik:
övladlarımızı sosial şəbəkələrin gizli və zərərli təsirlərindən necə qoruya bilərik?
Bu gün uşaqların dünyagörüşü təkcə ailə və məktəbdə deyil, sosial şəbəkələrdə — tanımadığımız insanların və alqoritmlərin təsiri altında formalaşır.
Verilişdə bu suallara cavab axtarırıq:
– Uşaqların dünyagörüşünü kim formalaşdırır: valideyn, müəllim, yoxsa sosial şəbəkə?
– Sosial şəbəkələrin gizli psixoloji təsiri nədir?
– Alqoritmlər uşaqların diqqətini necə ələ keçirir?
– “TikTok effekti” düşüncə və davranışları necə dəyişir?
– Valideynlər və müəllimlər hansı əlamətləri görəndə daha diqqətli olmalıdır?
📺 “Gələcək bilik” – gələcəyin insanını bugündən anlamağa çalışan veriliş.
🕚 Həftənin 2-ci günü, saat 11:00 – Qafqaz TV-də.
📱 Eyni zamanda Qafqaz TV-nin sosial şəbəkələrində və YouTube kanalında.
