Səmimi seçimlər: “Sevən adam daim sevilir” – Lalə Hüseynova ilə “Birini Seç”

Gənc araşdırmaçı rəssam Lalə Hüseynova “Birini Seç” verilişinin bu dəfəki qonağı oldu. Deyirlər, çəkdiyi rəsmlər nağıl kimidir. O isə deyir ki, "ağıllarda da belə qalmaq istəyirəm..." Bu buraxılışda Lalə Hüseynova öz daxili dünyasını və seçimlərini bizimlə bölüşdü: ? O deyir: ? Ailə, karyeradan üstündür. ? Milli geyim, dəbdən daha dəyərlidir. ? Sevmək – sevilməkdən daha güclüdür. ? Köçəri həyat onun gen yaddaşındadır. ? Qohumlar, dostlardan öndə gəlir. ? Və birlikdə çalışmaq – tək qalmaqdan gözəldir. Bəs Lalənin digər seçimləri necə oldu? Onu daha yaxından tanımaq, daxili aləminə toxunmaq və ilham almaq istəyirsinizsə, bu verilişi qaçırmayın! ? Videonu izləyin, bəyənin, paylaşın və rəydə fikrinizi bildirin!