QONAQ OTAĞI / ŞAİR ƏLYAR ƏLƏSGƏR / YUXUDA ŞEİR YAZIRAM

O, uşaq yaşlarından nənəsinin danışdığı vətənpərvərlik, qəhrəmanlıq hekayələri, mahnıları ilə böyüdü. Babasının Azərbaycanın müstəqilliyinin ilk illərində erməni daşnakları və XI qızıl orduya qarşı savaşaraq 37-ci ildə repressiya qurbanı olduğunu isə daha sonralar öyrənəcəkdi. “Qonaq otağı” verilişinin qonağı olan şair, tərcüməçi Əlyar Ələsgər yaşamının ən yadda qalan, unudulmayan anılarını bölüşüb.