QOHUM EVLİLİKLƏRİ VƏ ONLARIN TÖRƏTDİKLƏRİ FƏSADLAR

Ta keçmişdən bu günə kimi həmişə belə olub. Qohum evliliyi öz acı nəticələri ilə ailələrin göz yaşına, kədərinə çevrilib. Gözləri qarşısında qüsurlu, xəstə uşaqların min bir əziyyətlə qarşılaşdığını görməklə ötüb həyatları. Lakin çox təəssüf ki, bütün bunlardan əsla nəticə çıxarılmayıb, uşaqların nə səbəbdən sağlam doğulmadığının fərqinə varan olmayıb. Elə buna görə də qohum evliliyi də, xəstə uşaqların dünyaya gəlməsi də zaman-zaman davam edib. Qohumlar arasında nikah halları və bunun törətdiyi fəsadlar digər ölkələrdə olduğu kimi, Azərbaycan cəmiyyətində də narahatlıq doğuran aktual ailə məsələlə¬rindən biridir. Belə nikahların baş verməsi sağlamlıq imkanları məh¬dud uşaqların dünyaya gəlməsinə və nə¬ticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Dövlət tərəfindən bu istiqamətdə lazımi tədbirlər görülür. Qanunvericiliyə dəyişikliklər edilir, yeni sənədlər qəbul olunur, maarifləndirmə işləri aparılır. Azər¬baycan Respublikası Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən, yaxın qohum¬lar arasında nikaha icazə verilməməsi də bunun bariz ifadəsidir. Ailə quran gənclər, eləcə də valideynlər bir şeyi bilməlidirlər ki, ailəyə, eləcə də cəmiyyətə sağlam uşaq bəxş etməyin ən düzgün yolu qohumlarla niga¬ha girməməkdir.