Siqaret, alkoqol və digər zərərli vərdişlər yeniyetmələrin sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu vərdişlər erkən yaşda başladıqda nikotin və alkoqol asılılığına, ürək-damar xəstəliklərinə, ağciyər problemlərinə və digər sağlamlıq risklərinə səbəb ola bilər. Həmçinin bu hallar məktəb uğurlarına mənfi təsir göstərir və psixoloji problemlərə yol açır. Qeyri-rəsmi statistikaya görə, ilk siqaret çəkmə təcrübəsi daha çox dostlardan deyil evdə, valideynlərin siqaret çəkməsi nəticəsində uşaqlarda siqaretə maraq və həvəs artır.Nəticədə valideyin özüdə bilmədən övladında bu pis vərdişə meyillilik yaradır. Son illərdə yeniyetmələr arasında energetik içkilərə maraq sürətlə artıb. Xüsusilə imtahan dövrlərində, gərginlik və yorğunluq hisslərini aradan qaldırmaq üçün bu içkilərə üz tutan məktəblilər, əslində sağlamlıqlarını ciddi təhlükə altına atırlar. Zərərli vərdişlərə qarşı tək-tək deyil, bütün ictimaiyyət olaraq əl-ələ verib birlikdə bu istiqamətdə çalışmalı, zərərli vərdişlərin yayılmasına qarşı mübarizə aparmalıyıq. Gələcəyimiz olan gənclərimizi bu amansız təhlükələrdən, nəyin bahasına olursa olsun, qorumalıyıq.
MƏKTƏBLİLƏRİ ZƏRƏRLİ VƏRDİŞLƏRDƏN QORUYAQ
Baxış sayı: 10
