MƏİŞƏT ZORAKILIĞININ PSİXOLOJİ VƏ HÜQUQİ ASPEKTLƏRİ
Baxış sayı: 15
Heç kimə sirr deyil ki, dünyada geniş yayılmış problemlərdən biri də məişət zorakılığıdır. Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir prossesdir. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütünlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı çox zaman qadına qarşı törədilən zorakılıq olduğuna görə buna gender əsaslı şiddət də deyilir. İnkar etmək olmaz ki, bəzi hallarda qadınlar da şiddət törədirlər. Lakin bu, əksər hallarda ya özünü, ya da uşaqlarını şiddətdən müdafiə etmək üçün edilir. Azərbaycanda məişət zorakılığının qarşısının alınması və qadınların hüquqlarının müdafiəsi üçün davamlı tədbirlər həyata keçirilir. Azərbaycanda məişət zorakılığının qarşısının alınmasına dair Milli Strategiya və Milli Fəaliyyət Planının təsdiqlənməsi bu istiqamətdə çox mühüm və müsbət işlərdən biridir. Əgər bir ailədə məişət zorakılığı qadına qarşı baş verirsə, bu həm də uşaqlara qarşı baş vermiş sayılır. Həm atanın anaya şiddət göstərməsi uşaqlara təsir edir. Həm də ana bəzən psixoloji baxımdan o həddə çatır ki, ona yönələn şiddətin acığını uşaqlardan çıxır, onlara qarşı zorakılıq edir. Unutmayaq ki, heç kim döyülməyə və mənəvi işgəncəyə layiq deyil.
