İÇİMİZDƏKİLƏR I BÖLÜM
Baxış sayı: 17
İçimizdəkilər verilişinin ilk bölümü Quba rayonunun Küçeyi kəndində yaşayan 13 yaşlı balaca istedad Nihad Şirinova həsr edilib. Nihad 7 yaşından texnikayla çox maraqlanır. O bu günə kimi müxtəlif avtomobil modelləri, velosiped, qaynaq aparatı və digər əşyalar hazırlayır. Hal hazırda Nihad hazırladığı 4 çarxlı velosipedin üzərində işləyir və deyir ki, onu mühərrikli avtomobil halına gətirməyi planlayır.