Öz dilimizi niyə yaxşı bilməliyik? Elektron tərcüməçilərin və süni intellektin istənilən dildə ünsiyyət qurmağa imkan verdiyi bir dövrdə xarici dil öyrənmək hələ də vacibdirmi?
Dil sadəcə bir-birimizlə əlaqə qurmaq vasitəsidir, yoxsa onun arxasında daha dərin mənalar, mədəniyyətlər, düşüncə tərzləri və dünyanı fərqli anlama yolları dayanır? Bəs xarici dildə təhsil almaq bizə nə qazandırır? Başqa dildə öyrənmək yalnız yeni biliklərə çıxış imkanı yaradır, yoxsa düşüncəmizi də zənginləşdirir? “Öz dilində düşün” podkastının ikinci buraxılışında ana dilini dərindən bilməyin əhəmiyyətindən, xarici dillərin insanın dünyagörüşündəki rolundan, başqa dildə təhsil almağın üstünlüklərindən və texnologiyanın dil öyrənməyə münasibətimizi necə dəyişdirdiyindən danışırıq. Çünki dil yalnız danışmaq və anlaşmaq üçün deyil. Dil həm də başqa insanları tanımaq, onların dünyasını anlamaq və öz dünyamızı onlara anlatmaq vasitəsidir. Süni intellekt bizim əvəzimizə tərcümə edə bilər. Bəs başqa bir dili öyrənməyin bizə qazandırdıqlarını da əvəz edə bilərmi? 🎙️ ÖZ DİLİNDƏ DÜŞÜN — dil, düşüncə, elm və insan haqqında söhbətlər.
