DANIŞIR QƏRBİ AZƏRBAYCAN / ƏFQAN VƏLİYEV / QƏRBİ AZƏRBAYCAN OĞUZ YURDUDUR
Baxış sayı: 46
Sosiologiya üzrə fəlsəfə doktoru, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev Qərbi Azərbaycanın Basarkeçər rayonundandır. “Danışır Qərbi Azərbaycan” verilişinə qonaq olan Əfqan Vəliyev deyir ki, tarixin müxtəlif dönəmlərində öz dogma torpaqlarından zaman-zaman sürgün olunanlar arasında onun ulu babaları, babaları, atası və o özü də olub.
Əfqan Vəliyev verilişdə tarixi faktlara əsaslanaraq bildirir ki, sürgün dövrünə qədər yaşadıqları bölgədə bir nəfər belə erməni yaşamayıb.
Əsl yaddaşın, tarixin və gerçəkliyin səsi olan bu söhbəti izləməyi unutmayın.