DANIŞIR QƏRBİ AZƏRBAYCAN / DİLŞAD BAYRAMOVA / BABAMI ERMƏNİLƏR ÖLDÜRÜB

Əslən Qərbi Azərbaycandan olan Hacı Dilşad Bayramova deyir ki, ermənilərin İrəvanda yaşayan azərbaycanlılarla ədavətləri hələ XX əsrin əvvələrinə gedib çıxır. “Danışır Qərbi Azərbaycan” verilişinə qonaq olan Dilşad Bayramova deyir ki, Qərbi Azərbaycan torpaqlarından müxtəlif dönəmlərdə sürgün edilmiş Azərbaycan türklərinin hansı faciələrlə üzləşdikləri haqqında daha çox onun ata nənəsi öz ağrılı-acılı xatirələrində danışıb. Əsrin əvvəllərində nənə-babasının üzləşdikləri sürgünlük həyatını onun atası bir də əsrin ortalarında təkrar yaşayıb.