DANIŞIR QƏRBİ AZƏRBAYCAN / BƏHRAM ŞAHVERDİYEV / BİZƏ DEDİLƏR Kİ, SİZİ QIŞDA ÇIXARACAĞIQ

Bəhram Şahverdiyev Göyçəlidir - Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonundan. Bütün uşaqlıq və gənclik illəri qədim Azərbaycan yurdu olan Göyçə mahalında keçib. Elə uşaq yaşlarından erməni-daşnak təbliğatının yaratdığı, və ermənilərin türklərə qarşı zamanla adıləşən nifrətini erməni əslilli “qonşularının”, “sinif yoldaşlarının”, “yol yoldaşlarının” münasibətindən daim hiss edib. Amma Bəhram Şahverdiyevin unuda bilməyəcəyi elə bir məqam da var ki, bu insanı həm sarsıdır, həm də düşündürür.