AĞSAQQAL SÖZÜ- İLİN YEKUN BURAXILIŞI

Yola saldığımız 2025-ci ildə “Ağsaqqal sözü” verilişinin yaradıcı birliyi ağsaqqallarımızla birgə Qəçreş İƏD, Rustov İƏD, Zərdabi qəsəbə İƏD, Talabıqışlaq İƏD, I və II Nügədi İƏD, İspik İƏD, Susay İƏD, Vəlvələ İƏD, Tüləkəran İƏD, Amsar İƏD, Hacıhüseynli İƏD, Xucbala İƏD, Qırmızı qəsəbə İƏD, Çiçi İƏD və Alpan İƏD –lərində oldu, əhali ilə görüşlər keçirdi. Müvafiq olaraq yerlərdə boşanmalar, erkən nigah, narkomaniya, Məişət zorakılığı, təhsil, milli adət-ənənələrin qorunması, Şanlı ordumuzun zəfər tarixi, Qohum evlilikləri və onların törətdikləri fəsadlar, Sosial şəbəkələrdən düzgün istifadə və Multikulturalizmin və Tolerantlıq mövzularında söhbətlər aparıldı. Bugünkü gənclik sabahımız, gələcəyimizdir. Dövlətin, millətin və xalqın gələcəyi sağlam və etibarlı gənclikdən çox asılıdır. Buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab olunur.