UŞAQLARI ZƏRƏRLİ İNFORMASİYADAN QORUYAQ!

Müasir dövrdə yeni texnologiyalar çox sürətlə yayılır və daim inkişaf edir. Uşaqlar planşetlərin, mobil telefonların, noutbukların ekranlarına baxmaqla gündə bir neçə saat virtual aləmdə vaxt keçirirlər. Hər bir uşağın yaşına uyğun informasiya əldə etmək hüququ var. Bununla yanaşı yayılan zərərli informasiyalar bütün cəmiyyət üzvləri ilə yanaşı, uşaqlara da ciddi zərər vurur. Cəmiyyətdə yer alan bütün zərərli informasiyalar cəmiyyət üzvləri ilə yanaşı uşaqlara da ciddi zərər verir. Valideynlərin övladlarını bu təhlükələrdən qorumaları onların bir başa valideynlik borcudur. Ancaq bu işdə valideynlərlə yanaşı cəmiyyət, ziyalılar və ağsaqqallarımız da öz səyini göstərməlidirlər. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi (İXM), 30 oktyabr 2018-ci il tarixli “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanununun tələblərinin pozulmasına görə məsuliyyət nəzərdə tutur. Xüsusilə, uşaqlar üçün zərərli informasiyanın yayılması, yaş təsnifatının qoyulmaması və ya qadağan olunmuş məzmunun təqdim edilməsi halları inzibati cəzalarla nəticələnir. Gələcək cəmiyyətimizin necə olması bugunkü uşaqların düzgün yetişdirilməsindən asılıdır. Yaşadığımız dünyada informasiya bolluğunun çox olması, xüsusilə onlayn medianın və internetin sürətlə inkişaf etməsi, uşaqları zərərli informasiyalardan, foto və video görüntülərin mənfi təsirlərindən qorumaq biz böyüklər üçün vacib və zəruri məsələdir. Axı bu günün uşaqları, sabahın həqiqi sahibləridirlər.