UŞAQLAR NİYƏ MƏKTƏBDƏ SOSİALLAŞMALIDIRLAR ?

Bu gün cəmiyyətimiz üçün mühüm mövzulardan birinə — məktəblilərin sosiallaşması zamanı qarşılaşdıqları çətinliklərə toxunacağıq.

Uşağın məktəbdə özünü necə aparması, yaşıdları ilə münasibət qurması, böyüklərlə ünsiyyəti və cəmiyyətə uyğunlaşması onun gələcək həyatında mühüm rol oynayır. Xüsusilə kənd məktəblərində uşaqların sosial münasibətlərinin formalaşmasında ailənin, məktəbin və yaşlı nəslin rolu böyükdür. Məktəb uşaqların sosiallaşmasında çox vacib rol oynayır. Məktəblilər arasında ən çox rast gəlinən problemlərdən biri ünsiyyət qurmaqda çətinlik çəkmələridir. Bəzi uşaqlar öz fikirlərini sərbəst ifadə edə bilmir, digərləri isə yaşıdları ilə münasibətlərdə özlərini rahat hiss etmirlər. Uşağın tərbiyəsində ailə əsas rol oynayır, məktəb onun bilik və sosial bacarıqlarını inkişaf etdirir, yaşlı nəsil isə həyat təcrübəsi və mənəvi dəyərləri ötürür. Uşağın özünü cəmiyyətdə rahat hiss etməsi, dostluq və əməkdaşlıq qurmağı bacarması üçün ona ilk növbədə anlayış, diqqət və dəstək lazımdır. Bu prosesdə məktəbin, ailənin və yaşlı nəslin birgə səyləri mühüm əhəmiyyət daşıyır. Bizim vəzifəmiz təkcə uşaqları dinləmək deyil, həm də onları anlamaqdır.