Qırğızıstanın Narın vilayətinin Atbaşı rayonunda yerləşən Taş Rabat karvansarayı elə inşa edilib ki, günəş çıxanda onun 4 tərəfini eyni zamanda işıqlandırır. Qala divarlarına düşən günəş
şüaları otaqların isidilməsində bir enerji, istilik mənbəyi rolunu oynayır. Qalanı tədqiq edən alimlər bu günə kimi qədim memarların bu qala daşlarından otaqların isidilməsi üçün necə enerji mənbəyi kimi istifadə etmələrinin sirrini aça bilməyiblər.