SUQOVUŞAN ZƏFƏRİN İLK MÜJDƏSİ, FÜZULİ İSƏ ZƏFƏR TARİXİMİZİN ŞANLI SƏHİFƏSİDİR
Baxış sayı: 16
Anar Quliyev1995-ci ildə Quba rayon Amsar kəndində sadə Azərbaycanlı ailəsində dünyaya göz açmışdır. 23 oktyabr 2019- cu ildə həqiqi hərbi xidmətə yola düşür. 27 sentyabr döyüş bölgəsinə ezam olunur və mərdliklə döyüşür. 13 oktyabr 2020-ci il tarixində Talişkənd, Suqovuşan(Madagiz) istiqamətində gedən ağır döyüşlərdə ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq döyüş tapşırını yerinə yetirərkən sağ ayağından yaralanır və sağ ayağı dizdən aşağı itirir.
Vətən müharibəsi qazisi döyüşdə göstərdiyi xidmətlərinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Heybətqulu Əkbərov 44 günlük Vətən Müharibəsində iştirak edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb. Vətən müharibəsində Füzulidən Şuşaya qədər aparılan hərbi əməliyyatlarda iştirak edib. Füzuli rayonunun Qaraxanbəyli kəndində yaralansada, lakin döyüşləri davam etdirib.
